• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Son Dəqiqə: Azərbaycanda un BAHALAŞDI

    03

    fev

    Son Dəqiqə: Azərbaycanda un BAHALAŞDI

    Azərbaycanda unun topdansatışı ilə məşğul olan "ATS MİLL" MMC qiymətləri artırıb.

    Ekologiya.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkət unun topdansatış qiymətini 0,1 manat artırıb.

    Belə ki, istehsalçı şirkət hazırda 50 kq-lıq un kisəsini 27,20 manata təklif edir. Bu günədək isə 50 kq-lıq un kisəsinin satış qiyməti 27,10 manat təşkil edirdi.

    Fevralın 3-nə olan məlumata görə, digər un istehsalçıları isə topdansatış qiymətini dəyişməyib.

    Qeyd edək ki, fevral ayının 1-dən etibarən marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, yeni çəkidə, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük olunmağa başlayıb.

    Tarix : 3-02-2025, 17:54 | Oxunub: 13 112