• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qəbiristanlığı viran ediblər

    04

    fev

    Qəbiristanlığı viran ediblər

    Qəbirlərin ətrafına çəkilən kiçik hasarlar dağıdılıb, dəmir məhəccərlər çıxarılaraq oğurlanıb...

    Ekologiya.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Abşeronun Saray qəsəbəsində baş verib.

    Sakinlər bildirirlər ki, bu vəziyyətdən məzərları ziyarətə gələn zaman xəbər tutublar. Hadisə sakinləri ciddi narahat edib.

    Məsələ ilə bağlı Saray qəsəbəsi üzrə İcra nümayəndəliyindən "Xəzər Xəbər"ə bildirildi ki, vəziyyətdən xəbərdardırlar. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Abşeron rayon Polis İdarəsindən isə "Xəzər Xəbər"ə bildirildi ki, faktla bağlı dərhal araşdırma aparılıb və isti izlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.

    Tarix : 4-02-2025, 10:35 | Oxunub: 2 048