• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım AYIRDI - SƏRƏNCAM

    05

    fev

    İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım AYIRDI - SƏRƏNCAM

    Prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında Sərəncam imzalayıb.

    Ekologiya.az xəbər verir ki, Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycanın 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycanın Energetika Nazirliyinə 1,0 (bir) milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılmalıdır.

    Maliyyə Nazirliyinə bu Sərəncamın birinci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

    Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    Tarix : 5-02-2025, 16:50 | Oxunub: 888