• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • TƏCİLİ: Qərar verildi, Ermənistan-Türkiyə sərhədi açılır - BU TARİXDƏ

    10

    fev

    TƏCİLİ: Qərar verildi, Ermənistan-Türkiyə sərhədi açılır - BU TARİXDƏ

    Ermənistanla Türkiyə sərhədində yerləşən “Marqara” keçid məntəqəsi martın 1-də açılacaq.

    “Report” xəbər verir ki, bu barədə “News.am” diplomatik mənbəyə istinadən məlumat yayıb.

    Nəşrin məlumatına görə, Ermənistan tərəfdəki keçid məntəqəsində Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri yerləşdiriləcək.

    Qeyd edək ki, sərhəd-keçid məntəqəsinin fəaliyyətə başlamasının mümkünlüyü ilk dəfə 2024-cü ilin iyulunda iki ölkənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç arasında keçid məntəqəsində baş tutan görüşdən sonra elan edilmişdi.

    Xatırladaq ki, 2022-ci ilin iyulunda Vyanada müvafiq olaraq Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının Ermənistan-Türkiyə quru sərhədindən keçmək imkanlarının təmin edilməsi, habelə birbaşa hava yükdaşımalarının həyata keçirilməsi və bunun üçün zəruri olan proseslərin başlanması barədə razılıq əldə olunub.

    Tarix : 10-02-2025, 21:07 | Oxunub: 1 864