Sudanın Xartum əyalətinin Omdurman şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində azı 19 nəfər həlak olub.

Musavat.com xəbər verir ki, Al Arabiya-nın məlumatına görə, hərbi təyyarə nasazlıq səbəbindən yaşayış binasının üzərinə düşüb. Ölüm sayının artacağı proqnozlaşdırılır.

İlkin məlumatlara əsasən, aviaqəzanın səbəbi texniki nasazlıq olub.