Yaponiyanın Naqasaki əyalətində 6 nəfəri daşıyan ambulans helikopteri dənizə düşüb.
Ajans.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər sağ olaraq xilas edilsə də, 3 nəfər həyatını itirib.
Yaponiya Sahil Mühafizə Xidmətindən verilən məlumata görə, Tsushima adasından Fukuoka əyalətindəki xəstəxanaya gedən helikopter, uçuşdan yalnız 10 dəqiqə sonra əlaqə kəsib. Hadisənin baş verdiyi vaxt saat 13:43 olub.
Əraziyə göndərilən axtarış-xilasetmə qrupları, helikopteri dənizdə tərs vəziyyətdə tapıblar. Helikopterdəki 6 nəfərdən 3-ü sağ olaraq çıxarılıb.
Həyatını itirənlər arasında 86 yaşlı qadın xəstə, ona müşayiət edən 68 yaşlı oğlu və 34 yaşlı həkim yer alıb.
Helikopterin ciddi zədələr almamış olması, pilotun qəza öncəsi təcili eniş etməyə çalışdığını göstərir. Hadisə ilə bağlı istintaq başlanıb.
[catlist=1]
[catlist=1]
[catlist=1]
[catlist=1]
[catlist=1]
[catlist=1]
[catlist=1]
[catlist=1]
[catlist=1]