Səhər tezdən aralarında müəllimlərin də olduğu 37 xarici ölkə vətəndaşı Sultanqazidən avtobusla Kızılcaköy çimərliyinə gəlib.
"News24" xəbər verir ki, dənizə girərək üzdükdən sonra onlardan 4 nəfəri batmaq təhlükəsi ilə üzləşib. İki nəfər qrup üzvlərinin köməkliyi ilə dənizdən çıxarılıb.
Xəbər üzərinə sahil mühafizəsi, Jandarma və Xilasetmə qruplarından sualtı axtarış-xilasetmə qrupları sövq edilib.
Qeyd edək ki, 36 yaşlı Məhəmməd Alkanavinin cəsədi tapılarkən, Enes Kabbani aparıldığı xəstəxanada dünyasını dəyişib.