Rusiyada alkoqol və narkotik sərxoşluğu vəziyyətində sükan arxasına keçən sürücülərlə bağlı problem hələ də ciddi olaraq qalır.

Rəsmilər bu təhlükəli tendensiyanın qarşısını almaq üçün daha sərt tədbirlərə əl atırlar.

2025-ci il mayın 20-dən etibarən Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi istisnasız olaraq bütün sürücüləri yoxlamağa başlayacaq və sərxoş halda avtomobil idarə edənlərin sürücülük vəsiqəsi 2 il müddətinə ləğv olunacaq.

Rusiya DİN-in məlumatına görə, 2024-cü ildə alkoqol və narkotik təsiri altında sükan arxasına keçən sürücülərin iştirakı ilə 11 485 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu, 2023-cü illə müqayisədə 0,4% azalma olsa da, ümumi qəza statistikasının təxminən 10%-ni təşkil edir.

Daha narahatedici göstərici isə budur ki, bütün ağır nəticəli qəzaların 20%-dən çoxu məhz sərxoş sürücülərlə bağlıdır.**Bakupost.az