• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 6,1 bal gücündə zəlzələ baş verdi

    28

    iyn

    6,1 bal gücündə zəlzələ baş verdi

    Filippin sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

    Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkanların episentri General Santos şəhərindən 138 kilometr şərqdə yerləşib.

    Zəlzələnin ocağı 102 kilometr dərinlikdə qeydə alınıb.

    Qeyd olunur ki, General Santos şəhərinin əhalisi təxminən 679 min nəfər təşkil edir. Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib. Sunami təhlükəsinin olmadığı bildirilib./Milli.az/

    Tarix : Bu gün, 13:58 | Oxunub: 96