• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Günəş enerjisi istehsalı kəskin artıracaq

    06

    fev

    Günəş enerjisi istehsalı kəskin artıracaq

    Avropada günəş enerjisi istehsalı 2024-cü ildə təxminən 50 TVt/saat artacaq.

    "Musavat" xəbər verir ki, bu, “Rystad Energy” analitik şirkətinin proqnozunda əksini tapıb.

    Proqnoza görə, külək elektrik stansiyalarında (SES) hasilat 38 TVt/saat, nüvə elektrik stansiyalarında 20 TVt/saat, su elektrik stansiyalarında isə 5 TVt/saat artacaq.

    “Rystad Energy”nin hesablamalarına əsasən, qalıq yanacaqlardan və digər mənbələrdən elektrik enerjisi istehsalı 60 TVt/saat azalacaq. Beləliklə, günəş enerjisi ilk dəfə olaraq Avropada bütün enerji sektorunda istehsalın artımında lider olacaq. Buna bütün regionda və xüsusilə 2023-cü ildə xalis elektrik enerjisi idxalçısı olan Almaniyada böyük həcmdə yeni quraşdırılmış güclər kömək edəcək.

    “Rystad”ın proqnozlarına görə, 2024-cü ildə Avropada ümumi elektrik enerjisi istehsalı bir il əvvəlki 2,687 min TVt-dan 2,74 min TWsaata yüksələcək.

    Şirkətin proqnozu Aİ-nin 27 ölkəsini, Norveç, Serbiya, İsveçrəni əhatə edir, Böyük Britaniya göstəriciləri əhatə etmir.

    Tarix : 6-02-2024, 20:21 | Oxunub: 2 085