• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Türkiyə gəmisi batıb - Dənizçilərin taleyindən xəbər yoxdur

    15

    fev

    Türkiyə gəmisi batıb - Dənizçilərin taleyindən xəbər yoxdur

    Türkiyə bayrağı altında üzən yük gəmisi altı dənizçi ilə birlikdə Mərmərə dənizində batıb.

    Ekologiya.az bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

    “69 metrlik “Batuhan” yük gəmisinin göyərtəsində altı nəfər var, hamısı Türkiyə vətəndaşıdır. Onların axtarış-xilasetmə işlərinə başlanılıb.

    İnsidentlə bağlı siqnal yerli vaxtla səhər saat 6:20-də daxil olub. Hadisə yerinə üç sahil mühafizə gəmisi və bir helikopter göndərilib.

    Dənizçilərin axtarışına güclü dalğalar mane olur", - məlumatda qeyd olunub.

    Tarix : 15-02-2024, 18:54 | Oxunub: 1 553