• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Çin orbitə rekord sayda kosmik gəmi göndərir

    27

    fev

    Çin orbitə rekord sayda kosmik gəmi göndərir

    Çin bu il 100-ə yaxın kosmik gəmi buraxılışı həyata keçirməyi planlaşdırır.


    AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

    "2024-cü ildə Çinin kosmik sənayesi 100-ə yaxın buraxılışı təmin etməyi planlaşdırır. Bu baxımdan yeni rekord gözlənilir", - CASC-nin hesabatında bildirilib.


    Sənəddə qeyd olunur ki, korporasiya 2024-cü ildə 70-ə yaxın buraxılış həyata keçirməyi və orbitə 290-dan çox kosmik gəmi yerləşdirməyi planlaşdırır. Təxminən 30 gəmini isə digər Çin şirkətləri təmin edəcək.

    Çin 2023-cü ildə orbitə 67 kosmik gəmi göndərib.

    Tarix : 27-02-2024, 10:50 | Oxunub: 2 510