• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İsveç dənizdə ilk külək elektrik stansiyası qurmağı planlaşdırır

    29

    fev

    İsveç dənizdə ilk külək elektrik stansiyası qurmağı planlaşdırır

    İsveçin Västra Hötaland dairəsinin İnzibati şurası bu ölkənin hökumətinə dənizdə ilk külək elektrik stansiyasını tikmək üçün enerji şirkəti “Vattenfall”a razılıq verməyi tövsiyə edib.


    AZƏRTAC xəbər verir ki, bu təklif hakimiyyət adından İnzibati şuranın hazırladığı layihə çərçivəsində irəli sürülüb.

    Layihə Höteborqdan şimal-qərbdə hündürlüyü 340 metrə qədər (Eyfel qülləsindən daha hündür - red.) 81 külək turbinindən ibarət külək elektrik stansiyasının tikintisini nəzərdə tutur ki, bu da “Vattenfall”ın hesablamalarına görə, 5,5 teravatt-saat elektrik enerjisi istehsal edəcək.


    Vilayətin İnzibati şurası Västra Hötalandda qazıntı yanacaqsız elektrik enerjisi istehsalının

    sürətli artımını fəal şəkildə təşviq edir. Vilayət qubernatoru Sten Tolgfors 2045-ci ilə qədər 3 dəfə artacağı gözlənilən, ərazinin elektrik tələbatını ödəmək üçün zəruri olan dəniz külək və nüvə enerjisinin inkişaf etdirilməsi zərurətindən danışıb.

    Tolqforsun mətbuat açıqlamasında vurğulanır ki, “Poseydon” külək elektrik stansiyası hər il Västra Hötalandda istehsal olunan elektrik enerjisi ilə təxminən eyni miqdarda elektrik enerjisi istehsal etmək potensialına malikdir və beləliklə, yaşıl enerjiyə keçiddə mühüm amilə çevrilir”.

    Vilayət İnzibati şurasının ekologiya şöbəsinin müdiri Monik Uondinq deyir ki, elektrik stansiyasının gəmiçilik, balıqçılıq, quşların miqrasiyası, Qvineya donuzları və balıqlar üçün sualtı mühit, dənizin topoqrafiyasına mümkün təsiri barədə müzakirələr aparılıb, dəniz dibi ilə bağlı Silahlı Qüvvələrin maraqları da nəzərə alınıb.

    "Tarazlı qiymətləndirmədən sonra biz belə qənaətə gəldik ki, dəniz küləyinin faydaları əhəmiyyətlidir, çünki o, həm iqlim dəyişikliyinin təsirinin azaldılmasına töhfə verir, həm də regional inkişaf üçün ilkin şərtdir", deyə Uandinq vurğulayıb.

    “Poseydon” elektrik stansiyasının tikintisində külək turbinlərinin dəniz dibinə möhkəm bərkidilməsi, üzən özüllər üzərində qurulacaq texnologiyadan istifadə edilməsi planlaşdırılır. Bu, ilk növbədə, 152 kvadrat kilometr ərazinin bəzi hissələrində 230 metr olan suyun dərinliyi ilə bağlıdır.



     

    Tarix : 29-02-2024, 16:50 | Oxunub: 168