• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 6,7 bal güclü zəlzələ olub

    04

    mar

    6,7 bal güclü zəlzələ olub

    Sakit okeanda 6,7 maqnitudalı zəlzələ olub.

    “Report” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətinin verilənlərindən məlum olub.

    Xidmətin verilənlərinə əsasən, zəlzələnin ocağı Yeni Zelandiyadan təqribən 1 500 km, , Avstraliyaya məxsus Makkuori adasından isə 460 km aralıda yerləşib. Yerli vaxtla 16:16-da qeydə alınmış yeraltı təkanların episentri 10 km dərinlikdə yerləşib.

    Zəlzələnin baş verdiyi akvatoriyada ən yaxın quru ərazi Makkuoridir; orada yerli əhali mövcud deyil. Adada mövsümdən asılı olaraq 25-40 arası elm adamı fəaliyyət göstərir. Ada pinqvinləri ilə tanınır.

    Tarix : 4-03-2024, 11:01 | Oxunub: 2 402