• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Paytaxt zooparkına giriş bəbir geyimində gələn qadınlar üçün pulsuz olacaq

    07

    mar

    Paytaxt zooparkına giriş bəbir geyimində gələn qadınlar üçün pulsuz olacaq

    Moskva zooparkı bayram günlərində - martın 8-dən 10-dək qeyri-adi aksiya keçirəcək. Aksiya təbiətdə nadir sayda qalan böyük pişiklərə dəstək göstərilməsi ilə bağlıdır.


     Bu barədə AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir.


    “Mart - baharın başlanğıcı, təbiətin oyanışı vaxtı və pişiklərin ənənəvi mövsümü deməkdir. İndi bir çox böyük pişiyin təbiətdə nə qədər nadir sayda qaldığını xatırlamağın əsl vaxtıdır”, – deyə zooparkın baş direktoru Svetlana Akulova qeyd edib ki, Uzaq Şərq bəbirlərinin sayı vəhşi təbiətdə 120-dən çox deyil, Amur pələnglərinin sayı isə təxminən 600-dür.


    Zooparka pulsuz daxil olmaq üçün üzərində bəbir xalları olan ən azı iki ədəd nəzərəçarpan geyim və ya aksessuarla gəlmək tələb olunur. Məsələn, bu geyimlər və aksessuarlar gödəkçə və ya palto, şalvar və ya yubka, papaq, şərf və s. ola bilər.


    "Tamamilə bəbir kimi görünürsünüzsə, deməli, siz bizim ziyarətçimizsiniz”, - zooparkdan bildirilib.

    Tarix : 7-03-2024, 09:00 | Oxunub: 96