• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması ilə bağlı hər hansı qərar barədə məlumatlı deyil - Peskov

    07

    mar

    Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması ilə bağlı hər hansı qərar barədə məlumatlı deyil - Peskov

    Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması ilə bağlı hər hansı qərar barədə məlumatlı deyil.

    Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Bilik. Birincilər" maarifçilik marafonunda çıxışında deyib.

    "Zvartnots hava limanındakı sərhədçilərə gəlincə, bildiyimiz qədərilə bununla bağlı hər hansı qərar verilməyib. Rəsmi kanallarla da bizə bu qərarlar barədə bildirilməyib, biz həm MDB, həm də Avrasiya İqtisadi Birliyi strukturları çərçivəsində bütün istiqamətlərdə çalışırıq", - o deyib.

    "Bəli, "Mülki müqavilə" fraksiyasının deputatları da cəmiyyətimizin böyük bir hissəsi kimi, Zvartnots hava limanında rus sərhədçilərinin olmasından narahatdır. Bu məsələ siyasi komandamızın gündəliyindədir, müzakirələr gedir və qərar qəbul edildikdə hamımız bunu biləcəyik", - o deyib.


    Qeyd edək ki, martın 1-də Ermənistan parlamentinin hakim "Mülki müqavilə" fraksiyasının katibi Artur Hovhannisyan bildirib ki, Ermənistan parlamentində rus sərhədçilərinin Zvartnots hava limanında mövcudluğu müzakirə olunur.

    Tarix : 7-03-2024, 11:53 | Oxunub: 153