• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Filippində güclü zəlzələ baş verib

    17

    noy

    Filippində güclü zəlzələ baş verib

    Filippinin Şimali Luson adasında 7 bal gücündə zəlzələ olub.

    Ekologiya.az xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Xidməti (USGS) yayıb.

    İlkin məlumatlara görə, zəlzələ zamanı azı 5 nəfər ölüb, 130 nəfər isə xəsarət alıb.
    Bildirilib ki, zəlzələnin episentri Dolores şəhərindən cənub-şərqdə 13 kilometr məsafədə, 10 kilometr dərinlikdə yerləşib.
    Təkanlar paytaxt Manila şəhərində də hiss olunub. Nəticədə infrastruktur, o cümlədən, evlər, məktəblər, xəstəxana və körpülər zərər görüb.

    Tarix : 17-11-2023, 15:58 | Oxunub: 1 916