• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

    29

    mar

    Baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

    Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsinin Bakuriani kurort zonasında qar uçqunu baş verib.


    AZƏRTAC xəbər verir ki, qar uçqunu altına düşən 5 nəfərdən 4-ü təhlükəli zonadan təxliyə olunub. Bir nəfərin axtarışları isə davam etdirilir.

    Samtsxe-Cavaxetiya bölgəsi üzrə dövlət nümayəndəsi Besik Amiranaşvili deyib ki, dağdan qar kütləsi qopan zaman 5 nəfər avtomobillərlə Tsixisjvari istiqamətində gedib. Onlardan 4-ü xilas edilib, bir nəfərin isə hələ də qar kütləsi altında qaldığı ehtimal olunur. Onun tapılması üçün axtarış-xilasetmə tədbirləri martın 29-da davam etdiriləcək

    Tarix : 29-03-2024, 10:11 | Oxunub: 1 553