Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə “Baidoa” portalı məlumat yayıb.

Məlumata görə, Afqoye və Xuşun keçmiş nəzarət-buraxılış məntəqələri arasındakı Darkeynley bölgəsində baş verib.

Qeyd edilir ki, partlayış nəticəsində ölənlər və yaralananlar var. Lakin onların sayı açıqlanmır.