• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ötən il dünyada 37 min kvadratkilometr tropik meşə məhv olub

    05

    apr

    Ötən il dünyada 37 min kvadratkilometr tropik meşə məhv olub

    2023-cü ildə dünya üzrə 37 min kvadratkilometr tropik cəngəllik sıradan çıxıb.


    AZƏRTAC xəbər verir ki, ABŞ Dünya Resursları İnstitutunun açıqlamasına görə, bu göstərici əvvəlki illə müqayisədə təxminən 4 min kvadratkilometr azdır. Buna baxmayaraq, itirilmiş meşə sahəsi təxminən Şimali Reyn-Vestfaliya ilə eyni ölçüdədir.

    Braziliyada 2023-cü ildəki azalmaya baxmayaraq, ölkə hələ də ən çox meşə itkisinə məruz qalanlar siyahısındadır. Kolumbiyanın meşə itkiləri əvvəlki illə müqayisədə təxminən iki dəfə azalıb. Kanada, Konqo Demokratik Respublikası, Boliviya və İndoneziyada isə meşələrin kəskin şəkildə azalması müşahidə olunur. Tropik meşələrə zərər vuran hallar arasında təbiət yanğınları əsas yerlərdən birini tutur.


    ABŞ Dünya Resursları İnstitutunun rəhbərlik etdiyi çoxsaylı ətraf mühit təşkilatları 2014-cü ildən bəri peyk texnologiyasından istifadə etməklə, bütün dünyada meşə sahələrindəki dəyişiklikləri izləyir. Merilend Universitetinin tədqiqatçıları ilə birlikdə illik hesabat hazırlanakən bu məlumatlardan istifadə edilir.

    Tarix : 5-04-2024, 17:28 | Oxunub: 72