• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qazaxıstanda növbəti daşqınlar baş verib: ölənlər var

    18

    apr

    Qazaxıstanda növbəti daşqınlar baş verib: ölənlər var

    Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

    Trend xəbər verir ki, bu barədə Qazaxıstan KİV ölkənin daxili işlər nazirinin birinci müavini Marat Kojayevə istinadən məlumat yayıb.

    Məlumata görə, Atırau vilayətində dörd nəfər, Türküstan vilayətində isə bir uşaq batıb.

    Bundan başqa, aprelin əvvəlində Ayaqoz rayonunda iki nəfər çayın apardığı traktorda boğularaq ölüb.


    Qeyd edək ki, Qazaxıstanda daşqınlar mart ayında başlayıb. Ölkənin 8 regionunda yerli səviyyədə fövqəladə vəziyyət elan olunub. Xilasetmə işlərinə 46 mindən çox insan, 4 mindən çox texnika və 16 təyyarə cəlb olunub.

    Tarix : 18-04-2024, 17:51 | Oxunub: 84