• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sel fəlakəti: 70 nəfərin öldüyü bildirilir

    19

    apr

    Sel fəlakəti: 70 nəfərin öldüyü bildirilir

    Əfqanıstanda aramsız yağışlar səbəbindən sel fəlakəti meydana gəlib.

    Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə İdarəsinin sözçüsü Janan Saeq deyib.

    Məlumata görə, sel zamanı 2,5 mindən çox evin dağılıb və ya zərər görüb, 2 mindən çox heyvan tələf oldub, hektarlarla kənd təsərrüfatı ərazisi də yararsız hala düşüb. Ölənlərin sayı 70-ə, yaralıların sayı isə 56-ya çatıb.

    Əfqanıstan Meteorologiya Xidməti leysanın daha 4 gün davam edəcəyi barədə xəbərdarlıq edib.

    Tarix : 19-04-2024, 10:57 | Oxunub: 27