• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

    23

    apr

    Güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

    Çinin cənubundakı Şençjen şəhərində güclü yağış səbəbindən ən yüksək - qırmızı təhlükə səviyyəsi elan olunub.


    AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, şəhərin meteorologiya stansiyasının məlumatına görə, 17 milyondan çox insanın yaşadığı meqapolisin ərazilərinə üç saat ərzində 100 millimetr yağıntı düşüb.

    ÇXR-in hakimiyyət orqanları leysan xarakterli intensiv yağıntılar, dağlıq ərazilərdə daşqınlar və torpaq sürüşmələri ilə bağlı yerli sakinləri xəbərdar edib. Onlardan ehtiyat tədbirlərinə əməl etmələri, təhlükəli ərazilərdən uzaq durmaları tövsiyə olunub. Şiddətli yağışlar Şençjen şəhərinin Beynəlxalq Hava Limanının fəaliyyətini pozub.

    Qeyd edək ki, bir müddət öncə Çinin cənubunda yerləşən Quandun əyalətində güclü yağışlar səbəbindən 110 minə yaxın insan təhlükəli ərazilərdən təxliyə olunub. Təbii fəlakət nəticəsində 11 nəfərin itkin düşdüyü bildirilir.

    Tarix : 23-04-2024, 17:31 | Oxunub: 36