• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu ölkədə 6,9 bal gücündə zəlzələ baş verdi

    27

    apr

    Bu ölkədə 6,9 bal gücündə zəlzələ baş verdi

    Sakit okeanda, Yaponiyanın Oqasavara adalarının qərbində 6,9 bal gücündə zəlzələ baş verib.


    Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb. Zəlzələ ocağının 540 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Yeraltı təkanlar Oqasavara adalarında hiss olunub, paytaxt Tokioda isə kiçik dalğalanmalar qeydə alınıb.

    Öz növbəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasını 6,5 bal gücündə qiymətləndirib.


    Tələfat və dağıntılar barədə məlumat verilmir, sunami təhlükəsi elan edilməyib.

    Tarix : 27-04-2024, 19:05 | Oxunub: 66