• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanın COP29 sədri kimi çox mühüm rolu var - Kelli Sims Qallaher

    04

    may

    Azərbaycanın COP29 sədri kimi çox mühüm rolu var - Kelli Sims Qallaher

    Azərbaycanın COP29 sədri kimi çox mühüm rolu var.

    Trend cümə günü xəbər verir ki, bunu Fletçer Məktəbinin (Tafts Universiteti) enerji və ətraf mühit siyasəti üzrə müvəqqəti dekanı və professoru Kelli Sims Qallaher Asiya İnkişaf Bankının (AİB) Tbilisidə keçirilən illik toplantısı çərçivəsində jurnalistlərə bildirib.

    "Azərbaycan yeni kəmiyyət iqlim maliyyəsi hədəfi ilə bağlı müsbət qərara nail olmağımızı təmin etmək üçün COP29-a sədrliyində çox mühüm rol oynayır", - o deyib.

    Qallaher hesab edir ki, iqlim maliyyəsi ilə bağlı yeni və yaradıcı həllər tapmağa ehtiyac var.

    "Beləliklə, söhbət təkcə mövcud fondların fəaliyyət göstərməsindən deyil, həm də onların qlobal maliyyələşdirməyə necə töhfə verə biləcəyindən gedir. Buna təkcə yeni kəmiyyət hədəfləri müəyyən etməklə deyil, həm də milli səviyyədə müəyyən edilmiş maliyyə töhfələri vasitəsilə nail olmaq olar", - o qeyd edib.

    Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illik toplantının mövzusu "Gələcəyə Körpü"dür.

    İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq. Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu, ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİB prezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcə də, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxış edəcəklər.

    İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okean regionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdən keçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə min iştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorun nümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, gənclər, elm və media nümayəndələri iştirak edir.

    (Tərcümə: Gülnarə Kərimova)

    Tarix : 4-05-2024, 12:45 | Oxunub: 51