• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Umayra Tağıyeva: Azərbaycan COP29 sədrliyində iqlim ambisiyalarını gücləndirməyə davam edəcək

    05

    iyn

    Umayra Tağıyeva: Azərbaycan COP29 sədrliyində iqlim ambisiyalarını gücləndirməyə davam edəcək

    Azərbaycan COP29-un sədri olaraq iqlim dəyişikliyi ilə mübarizədə təsirli tədbirlər üçün platforma təqdim etməyə davam edəcək.

    Ekologiya.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bu gün Çedjuda keçirilən "Ümumdünya ətraf mühit günü"ndə çıxışı zamanı bildirib.

    Nazir müavini xatırladıb ki, ötən ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla keçirilib.

    "COP29-un sədri olaraq, biz ambisiyaların gücləndirilməsi və təsirli iqlim tədbirləri üçün platforma təqdim etməyə davam edəcəyik. Hesab edirik ki, yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG), yəni Bakı Maliyyə Məqsədi və Paris Sazişinin 6-cı maddəsi çərçivəsində əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə töhfə verəcək. COP29-da həmçinin şəhərlərin iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin təşviqində və ekoloji problemlərin həllində mühüm rolu vurğulanıb", - U.Tağıyeva əlavə edib.

    Tarix : 5-06-2025, 14:00 | Oxunub: 2 784