• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İqlim faciələrinin sayı artmaqdadır - Donald Kuper

    13

    may

    İqlim faciələrinin sayı artmaqdadır - Donald Kuper

    İqlim faciələrinin sayı artmaqdadır.

    Trend xəbər verir ki, bu barədə BMT Katibliyinin İqlim üzrə Hesabatlılıq Ofisinin direktoru Donald Kuper Azərbaycanın COP29-a sədrliyi çərçivəsində şəffaflığa dair iki illik hesabatların hazırlanması zamanı etimadın möhkəmləndirilməsi və potensialın kəşf edilməsi üzrə təlim seminarında deyib.

    "Dünya iqlim dəyişmələrinin səbəb olduğu iqlim faciələrinin sayının artdığına şahid oldu. Bu hadisələr getdikcə daha tez-tez baş verir, daha dramatik və məsrəfli olur və daha çox həyata toxunur", - deyə o bildirib.

    O, ölkələr üçün şəffaflığa dair iki illik hesabatın (BTR) təqdim olunmasının əhəmiyyətini qeyd edərək, burada hər bir ölkədəki təbiət hadisələrinə dair informasiyanın olduğunu bildirib. Bu hesabatlar ölkələrin iqlim dəyişmələri ilə mübarizədə əldə etməyə çalışdığı tərəqqini izləməyə imkan verir.

    Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.


    BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

    Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

    Tarix : 13-05-2024, 14:50 | Oxunub: 1 728