• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycan üçün COP29-a ev sahibliyi etmək böyük şərəfdir - Yalçın Rəfiyev

    13

    may

    Azərbaycan üçün COP29-a ev sahibliyi etmək böyük şərəfdir - Yalçın Rəfiyev

    Azərbaycan üçün COP29-a ev sahibliyi etmək böyük şərəfdir.

    Trend xəbər verir ki, bu barədə COP29 üzrə əsas danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev şəffaflığa dair iki illik hesabatların hazırlanması zamanı etimadın möhkəmləndirilməsi və potensialın kəşf edilməsi üzrə təlim seminarında deyib.

    "Azərbaycanın COP29-a ev sahibliyi etmək qərarı mürəkkəb qlobal problemlərin həllində beynəlxalq əməkdaşlığın gücünə möhkəm inamımızla şərtlənib. COP29-a ev sahibliyi edəcək ölkə olaraq seçilmək bizim üçün böyük şərəfdir və biz bununla bağlı bütün məsuliyyəti dərk edirik. İqlim problemlərinin qarşılıqlı əlaqəli xarakterini qəbul edir və hesab edirik ki, qlobal miqyasda əməkdaşlıq və dialoq qurmaqla kollektiv şəkildə səmərəli həllər hazırlaya bilərik", - deyə o vurğulayıb.



    Tarix : 13-05-2024, 12:30 | Oxunub: 2 380