• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yaponiya günəş panelləri ilə təchiz olun taxta peyki kosmosa buraxacaq

    29

    may

    Yaponiya günəş panelləri ilə təchiz olun taxta peyki kosmosa buraxacaq

    Yaponiyada dünyada ilk dəfə kosmosa buraxılacaq taxta peyk hazırlanıb.

    “Report”un məlumatına görə, bu barədə Kioto Universiteti məlumat yayıb.

    Qeyd olunub ki, mütəxəssislər “LignoSat” peykinin hazırlanmasına təxminən dörd il sərf ediblər.

    Belə bir peykin yaradılması ideyası ətraf mühitə olan qayğıya əsaslanır. Belə ki, missiyasını başa vurduqdan sonra Yerə qayıdan peyk atmosferə daxil olduqdan sonra tamamilə yanacaq..

    Kub formasında olan peykin divar ölçüləri 10 sm və qalınlığı isə 4-5,5 mm-dir. Onun dizaynında alüminiumdan hazırlanmış bir neçə qapı var. O, həmçinin cəmi 1 kq ağırlığında olan günəş panelləri ilə təchiz olunub.

    Maraqlıdır ki, peykin yığılması zamanı yapon ənənəvi ağac emalının xüsusi texnologiyasından istifadə olunub ki, bu da bərkidicilərin və ya hər hansı yapışdırıcı materialların istifadəsini tələb etmir. Peykin bu il “SpaceX2 raketi ilə kosmosa buraxılacağı gözlənilir.

    Tarix : 29-05-2024, 12:30 | Oxunub: 208