• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq

    20

    iyn

    COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq

    BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğuru təkcə Azərbaycanın uğuru olmayacaq, bu tədbir ümumilikdə COP-a inamı gücləndirəcək.

    “Report” xəbər verir ki, bunu BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri Mariya Fernanda Espinosa Bakıda “COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən yüksək səviyyəli görüşdə deyib.

    “Biz “təşviqedici COP”, “'inklüziv COP”, “maliyyə COP” sözlərini eşitmişik. Məncə, bu üç meyar COP29-un gözlənilən uğurunun əsasını təşkil edir”, - o bildirib.

    Sədr qeyd edib ki, yüksək səviyyəli görüşün iştirakçıları COP29-un uğurunun bir hissəsi və səfirləri olmaq istəyirlər.

    Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabr ayında Bakıda keçiriləcək. Bu barədə qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

    Tarix : 20-06-2024, 08:15 | Oxunub: 1 488