• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ötən həftə azad olunan ərazilərdə 173 mina zərərsizləşdirilib

    17

    fev

    Ötən həftə azad olunan ərazilərdə 173 mina zərərsizləşdirilib

    Azad olunan ərazilərdə fevralın 10-dan 16-dək 51 tank əleyhinə mina, 122 piyada əleyhinə mina, 306 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    “Report”un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

    Məlumata əsasən, 935.6 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.


    Tarix : 17-02-2025, 16:23 | Oxunub: 192