• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Milli Hidrometeorologiya Xidməti VACİB MƏLUMAT YAYDI: Bu gün gündüz saatlarından...

    27

    fev

    Milli Hidrometeorologiya Xidməti VACİB MƏLUMAT YAYDI: Bu gün gündüz saatlarından...

    Milli Hidrometeorologiya Xidmətinin  fevralın 27-si saat 08:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində, eyni zamanda  Bakıda və Abşeron yarımadasında qar yağır. 

    "Referans" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, qar örtüyünün hündürlüyü  Qaxda (Sarıbaş) 59, Altıağac, Şəkidə 31,  Qəbələdə 28, Qubada 25,  Xaltanda 20, Zaqatalada 18, Şahdağda 17, Şahbuz və  Oğuzda 16, Daşkəsəndə 15, Qobustan,  Qusarda 10,   Kəlbəcər, Mingəçevir, Şabran və Gədəbəydə  8, Laçın, Qubadlı,  Şuşa və Balakəndə  7, Xankəndı, Füzuli, Xocalı, Göyçay, Yevlax, Tərtər,  Naftalan, Kürdəmir, Sabirabad, Neftçala, Bərdədə 5,  Bakıda və Abşeron yarımadasında isə 12 sm-dir.

    Havanın minimal  temperaturu Bakıda və Abşeron yarımadasında  3,  Aran rayonlarında 2, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 19 dərəcəyədək şaxta qeydə alınıb.

    Yağıntılar bu gün gündüz saatlarından tədricən kəsiləcək.

    Tarix : 27-02-2025, 13:50 | Oxunub: 1 272