“İqlim haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi ictimai müzakirənin təmin edilməsi məqsədilə Nazirliyin eco.gov.az saytında "Elanlar" bölməsinə yerləşdirilib.

 https://www.eco.gov.az/az/nazirlik/elan?newsID=30642

Vətəndaş cəmiyyəti institutları, mütəxəssis və ekspertlər, hüquqi şəxslər, ayrı-ayrı vətəndaşlar layihə ilə tanış ola, rəy, irad və təkliflərini bu elan yerləşdirildiyi tarixdən 20 sentyabr 2026-ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər.