• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıya növbəti qar dalğası bu tarixdə gələcək, 5 dərəcə şaxta olacaq - XƏBƏRDARLIQ

    27

    fev

    Bakıya növbəti qar dalğası bu tarixdə gələcək, 5 dərəcə şaxta olacaq - XƏBƏRDARLIQ

    Hava ilə bağlı növbəti xəbərdarlıq edilib.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 28-i gündüzdən martın 2-dək Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

    Havanın minimal temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.

    Fevralın 28-də bəzi şərq rayonlarında, martın 1-dən 2-dək isə əksər rayonlarda arabir sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu Aran rayonlarında 1-6, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə isə 17-22 dərəcə şaxta olacaq.

    Ölkə ərazisində gözlənilən şaxtalı və qarlı hava şəraiti ilə əlaqadar bəzi yollar buz bağlayacaq. Ekologiya.az


    Tarix : 27-02-2025, 16:55 | Oxunub: 1 824