• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Gələn həftə Azərbaycana yaz fəsli gəlir

    14

    mar

    Gələn həftə Azərbaycana yaz fəsli gəlir

    Gələn həftə - martın 20-si Azərbaycana yaz fəsli daxil olur.

    Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından  verilən məlumata görə, yaz fəslinin Azərbaycana daxil olması saat 13:01:25-ə təsadüf edəcək.

    Bildirilib ki, fəslin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

    Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək, ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində asrtonomik yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. Ekologiya.az

    Tarix : 14-03-2025, 21:01 | Oxunub: 912