Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bezoar dağ keçilərinin sıx məskunlaşdığı ərazilərdə döl dövründə olan bu çöl heyvanlarının mineral duz tələbatını ödəmək üçün biotexniki tədbir keçirilib.
Bioloji müxtəliflik baxımından böyük əhəmiyyətə malik, zəngin flora və fauna ilə fərqlənən Şahbuz rayonunun Biçənək kəndi yaxınlıgında ,dağlıq və qayalıq əraziyə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən
350 kiloqram daş duz dağıdılıb.
Vurğulayaq ki, döl dövründə heyvan orqanizminin mineral maddələrlə, xüsusilə duzlarla zəngin olması onların sağlam bala verməsi üçün vacibdir.
Nazirlik tərəfindən flora və faunanın mühafizəsi və artırılması daim diqqətdə saxlanılır.Ekologiya.az