Bu gün ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Xətai Rayon İcra Hakimiyyətinin, müxtəlif tərəfdaş qurumların dəstəyi ilə 19 aprel 2025-ci il tarixində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.
Müxtəlif master-klasların da yer alacağı tədbir zamanı tullantıları gətirərək təbiətə töhfə verə, eyni zamanda müxtəlif hədiyyələr qazana bilərsiniz.
Tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emala yönləndirmək məqsədi ilə mütəmadi olaraq müxtəlif ərazilərdə keçirilir.
Qeyd edək ki, ekoloji problemlər haqqında məlumatlılığı artırmaq və ətraf mühitin mühafizəsini təşviq etmək məqsədilə hər il aprelin 22-də Yer Günü qeyd olunur.