• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Nizami rayonunda keçiriləcək - Bildiriş

    19

    avq

    Növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Nizami rayonunda keçiriləcək - Bildiriş

    Əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq olunması məqsədilə 23 avqust tarixində növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Bakı şəhəri Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında keçiriləcək.


    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 

     35 litr olan plastik butulka;

    10 litr tutumu olan şüşə butulka/banka;

    10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər. 


    Qeyd edək ki, maraqlı interaktiv tədbirlərin də yer alacağı festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərsiniz. 


    Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 (Qara Qarayev metro stansiyasının yaxınlığı, “Sevinc Mall”un qarşısı)

    23 avqust 2025-ci il

    16:00-18:00

    Tarix : 19-08-2025, 18:56 | Oxunub: 1 184