• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Bağırov” körpüsünün altında suçəkmə əməliyyatı başa çatdırılıb, nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

    16

    apr

    “Bağırov” körpüsünün altında suçəkmə əməliyyatı başa çatdırılıb, nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb

    Bakı şəhəri, Heydər Əliyev prospekti, “Bağırov” tunelinə yağış sularının yığılması səbəbindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

    Bu barədə Ekologiya.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti də məlumat yayaraq bildirib ki, nazirliyin qüvvələri tərəfindən “Bağırov” körpüsü ərazisində, tuneldə aparılan suçəkmə əməliyyatı başa çatdırılıb. Qeyd edilib ki, digər ərazilərdə həyata keçirilən müvafiq zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

    Tarix : 16-04-2025, 17:22 | Oxunub: 744