Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şərur şəhərdaxili avtomobil yolları və Çomaxtur kənd avtomobil yolunun əsaslı təmiri işlərinə başlanılır.

Trend-in əldə etdiyi məlumata görə, artıq bunula bağlı Şərur Rayon İcra Hakimiyyətində (RİH) müvafiq işlərə yekun vurulub.

Belə ki, RİH sözügedən işləri "Naxçıvan Yol Təmir Tikinti İstismar" MMC-yə həvalə edib və müqavilə bağlayıb.


Müqaviləyə əsasən, şirkətə 6,1 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu "Naxçıvan Yol Təmir Tikinti İstismar" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 1400 manat olan şirkətin qanuni təmsilçisi Muxtarov Cəfər Məhərrəm oğludur.