Bolqarıstanda gənə və ağcaqanadlar tərəfindən ötürülən yoluxucu xəstəliklərdə artım müşahidə edilib.
Ekologiya.az xəbər verir ki, bu barədə Bolqarıstanın BTA agentliyi məlumat yayıb. Bildirilib ki, 2023-cü və 2024-cü illərdə Laym xəstəliyi və Qərbi Nil qızdırması hadisələri müvafiq olaraq 2 və 31 dəfə artıb.
Bildirilib ki, yoluxucu infeksiyalardan əziyyət çəkən insanların sayının artdığını nəzərə alaraq, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin həyata keçirilməsi vacibdir.