• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Deputat: “Yaşıl büdcə" yanaşması Hesablama Palatasının yoxlamalarında əsas istiqamətlərdən olmalıdır”

    22

    apr

    Deputat: “Yaşıl büdcə" yanaşması Hesablama Palatasının yoxlamalarında əsas istiqamətlərdən olmalıdır”

    Ötən il "yaşıl enerji"yə yatırılan investisiyalar 2023-cü illə müqayisədə 21 % artıb.

    “Report” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.

    Onun sözlərinə görə, hazırda əsasən Xızı və Qobustan rayonlarında günəş və külək enerjisi layihələri həyata keçirilir: "Gələcəkdə bu sahədə audit yoxlamalarının və əsaslı təhlillərin aparılması zəruridir. Bu kontekstdə nəticə yönümlü büdcə və “yaşıl büdcə” yanaşmalarının Hesablama Palatasının audit fəaliyyətində mərkəzi yer tutması məqsədəuyğun olardı".

    Tarix : 22-04-2025, 17:16 | Oxunub: 776