• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xəzər dənizi 2050-ci ilədək kritik səviyyəyə düşəcək?

    22

    apr

    Xəzər dənizi 2050-ci ilədək kritik səviyyəyə düşəcək?

    Qazaxıstanlı alimlərin araşdırmalarına görə, Xəzər dənizinin səviyyəsi sabit enmə meylinə malikdir və 2050-ci ilə qədər mənfi 33 metrə yaxınlaşa bilər.

    AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev bildirib.

    “Xəzərin tarixinə nəzər salsaq, dəniz səviyyəsinin mənfi 28,5 metrə enməsi artıq həm onun ekosistemi, həm də dəniz təsərrüfatı üçün kritikdir”, - deyə o qeyd edib.

    Bununla əlaqədar olaraq, su anbarının dayazlaşmasının səbəb və nəticələrini öyrənmək üçün ötən il Qazaxıstanda Xəzər dənizi Elmi Tədqiqat İnstitutu yaradılıb.

    Tarix : 22-04-2025, 19:35 | Oxunub: 760