• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qazaxıstanlı nazir müavini: İqlim dəyişiklikləri Xəzərin səviyyəsinin davamlı düşməsinə səbəb olur

    19

    noy

    Qazaxıstanlı nazir müavini: İqlim dəyişiklikləri Xəzərin səviyyəsinin davamlı düşməsinə səbəb olur

    İqlim dəyişiklikləri antropogen təsirlərlə birlikdə Xəzər dənizinin səviyyəsinin davamlı azalmasına səbəb olur.

    “Report” xəbər verir ki, bunu Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev COP29 çərçivəsində “Xəzər dənizi səviyyəsinin tərəddüdləri və iqlim dəyişmələri” ilə bağlı tədbirdə deyib.

    Onun sözlərinə görə, araşdırmalar göstərir ki, 2030-cu ilə qədər Xəzər dənizinin səviyyəsi -29.6 metrə düşəcək: "2050-ci ilə qədər dənizin səviyyəsi -32 və ya -34 metr səviyyəsinə çata bilər. Bu baxımdan biz başa düşürük ki, iqlim dəyişiklikləri həyatımızın keyfiyyətinə də təsir edə bilər".

    Nazir müavini qeyd edib ki, ölkələr ciddi nəticələrə səbəb ola biləcək dayazlaşma probleminin həlli yollarının axtarışında səylərini birləşdirməlidir: "Biz Xəzər dənizinin dayazlaşması məsələsi üzrə işçi qrupunun yaradılması məsələsində Azərbaycanı dəstəkləyirik".

    Tarix : 19-11-2024, 13:10 | Oxunub: 1 472