• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 8 mayda “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək - ELAN

    06

    may

    8 mayda “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək - ELAN

    Mayın 8-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.

    Əhmədli qəsəbəsində yerləşən Bravo hipermarketin qarşısında keçirilən aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər. 


    Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
     Ünvan - Bravo Əhmədli hipermarket - Xətai rayonu, Ramiz Quliyev küçəsi 4, saat: 12:00-da. Ekologiya.az


    Tarix : 6-05-2025, 17:37 | Oxunub: 384