• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Braziliya COP30 üçün Azərbaycandan yol xəritəsi istəyir

    27

    may

    Braziliya COP30 üçün Azərbaycandan yol xəritəsi istəyir

    Braziliyanın COP30 üçün Azərbaycandan ən böyük gözləntisi Bakıda qəbul edilmiş iqlim maliyyəsi ilə bağlı qərarların yerinə yetirilməsi və onun həcminin 300 milyard ABŞ dollarından 1,3 trilyon dollara çatdırılmasi üçün konkret istiqamətlərin və yol xəritəsinin hazırlanmasıdır.

    “Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev jurnalistlərə açıqlamasında deyib.

    Nazir müavini bildirib ki, Azərbaycan COP29-un sədri kimi Braziliya ilə müştərək iş aparır:

    “İyun ayında Belem şəhərində köməkçi orqanların sessiyası baş tutacaq və orada ilkin layihələrin təqdimi olacaq”.

    Qeyd edək ki, ötən il noyabrın 11-22-də Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilib. COP30 isə bu il Braziliyada keçiriləcək.

    Tarix : 27-05-2025, 14:40 | Oxunub: 768