• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 30-cu Yubiley Bakı Enerji Həftəsi çərçivəsində xüsusi startap zonası təqdim olunacaq

    29

    may

    30-cu Yubiley Bakı Enerji Həftəsi çərçivəsində xüsusi startap zonası təqdim olunacaq

    30-cu Yubiley "Baku Energy Week" (Bakı Enerji Həftəsi) çərçivəsində "Smart Energy Hub" adlı xüsusi startap zonası təqdim olunacaq.

    AZƏRTAC xəbər verir ki, bu sözləri “Iteca Caspian” şirkətinin layihə meneceri Nailə Əliyeva Bakı Enerji Həftəsinə həsr olunmuş mətbuat konfransında deyib.

    “Burada yerli və xarici ölkələrdən olan startap layihələri təqdim ediləcək və ümumilikdə 10 stend nümayiş olunacaq. Bu zona startapçılara öz qabaqcıl həllərini və strategiyalarını enerji sahəsinin aparıcı şirkətləri və digər maraqlı tərəflərə təqdim etmək üçün unikal imkan yaradacaq. Bakı Enerji Həftəsinin 30 illik təcrübəsindən bəhrələnərək, startaplar burada ənənəvi enerji, yaşıl enerji, neft-qaz, nəqliyyat və logistika sahələrinə dair layihələrlə iştirak edəcəklər”, - deyə o bildirib.

    Tarix : 29-05-2025, 12:05 | Oxunub: 600