• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Muxtar Babayev: Azərbaycan iqlim tədbirlərinə hazırlıq üzrə təcrübəsini bölüşməyə hazırdır

    30

    may

    Muxtar Babayev: Azərbaycan iqlim tədbirlərinə hazırlıq üzrə təcrübəsini bölüşməyə hazırdır

    Azərbaycan öz təcrübəsini bölüşməyə və gələcək beynəlxalq iqlim tədbirlərə hazırlıqda region ölkələrinə dəstək verməyə hazırdır.


    Ekologiya.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Astana Beynəlxalq Forumunda çıxışı zamanı deyib.


    O, Bakıda keçirilən COP29-un yekunları barədə danışıb və qlobal iqlim dialoqu kontekstində regionun əsas prioritetlərini qeyd edib.


    “COP29-a ev sahibliyi etmək Azərbaycana həvalə ediləndə, biz bunun ciddi məsuliyyət olduğunu başa düşdük”, -deyə M.Babayev qeyd edib.


    O vurğulayıb ki, Azərbaycan iqlim dəyişikliyinin konkret nəticələrini konfrans iştirakçılarına təqdim edib: Xəzər dənizinin səviyyəsinin azalması, buzlaqların əriməsi, daha tez-tez baş verən həddindən artıq istilər və şirin su qıtlığı.

    Eyni zamanda, ölkə həll yollarını da təqdim edib - külək və günəş enerjisinin zəngin potensialı, həmçinin yaşıl enerjinin Avropaya ötürülməsi üçün Qazaxıstan və Özbəkistanla strateji tərəfdaşlıq.

    M.Babayev vurğulayıb: “Biz sübut etdik ki, beynəlxalq sistem işləyə və ölkələr konsensusa gələ bilər. Hazırda Braziliyada COP30-a və 2026-cı ildə Qazaxıstanda keçiriləcək BMT-nin Regional İqlim Sammitinə gedən yolda bu sürəti qorumaq vacibdir”.

    Tarix : 30-05-2025, 18:35 | Oxunub: 1 824