• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • COP29-un və COP30-un yüksəksəviyyəli çempionları ilk dəfə görüşüb

    18

    iyn

    COP29-un və COP30-un yüksəksəviyyəli çempionları ilk dəfə görüşüb

    COP30-a hazırlıq məqsədilə Bonnda keçirilən illik İyun İqlim Görüşlərinin ikinci günü davam edir.

    AZƏRTAC xəbər verir ki, bu gün COP29-un yüksəksəviyyəli çempionu Nigar Arpadarai həmkarı, COP30-un yüksəksəviyyəli çempionu Den Yoşpe ilə ilk dəfə görüşüb. Həmkarlar COP29-un uğurları və Braziliyada bu il keçiriləcək iqlim sammitinin uğurlu olması üçün müzakirələr aparıblar.

    Təkcə yüksəksəviyyəli iqlim çempionları deyil, eyni zamanda COP29 sədrliyi bütün sahələr üzrə COP30 təşkilat komitəsinə kömək və dəstək göstərir.

    Qeyd edək ki, ötən gün Plenar iclasda təklif olunan hər iki gündəlik məsələ ilə bağlı fikir ayrılıqları bu gün də davam edib. Nümayəndələr kompromis olaraq ticarət tədbirləri ilə bağlı təklifin gündəlikdən çıxarılmasını, lakin bu məsələlərin “ədalətli keçid” daxil olmaqla digər müvafiq gündəlik maddələr çərçivəsində “mütləq” və ya “mümkün” şəkildə gündəliyə gətirilməsini müzakirə ediblər. Danışıqlar davam edir.

    Xatırladaq ki, ötən il Bonnda keçirilən İyun İqlim Görüşlərində COP29 sədrliyi gündəliyə dair razılaşmaya açılış günü nail olmağı bacarmışdı. Bu il keçirilən Bonn İqlim Görüşlərində Braziliyada keçiriləcək COP30 Gündəliyinin təsdiqi barədə razılığa dair danışıqlarda UNFCCC heyəti də COP29-un danışıqçılarından kömək göstərmələrini xahiş edib.

    Tarix : 18-06-2025, 09:37 | Oxunub: 552