Bu rayonlarda tullantıların qalaqlanaraq yandırılması faktları aşkaranıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bərdə, Cəbrayıl, Şamaxı və Qəbələ rayonlarının inzibati ərazisində tullantıların qalaqlanaraq yandırılması faktları aşkar edilib.
Faktlarla bağlı müvafiq olaraq Bərdə rayonu 588 saylı məcburi köçkünlər qəsəbə sakini Vüsal Qəhrəmanov və Xaçmaz rayonu İşıqlı kənd sakini Tofiq Qocayev barəsində fiziki şəxs qismində, Şamaxı Şəhər Təsərrüfatı MMC-nin direktoru Samir Məmmədov,
Qəbələ Rayon Mənzil İstismar və Kommunal Müəssisələr Kombinatının rəhbəri Razil Abdullayev barəsində isə vəzifəli şəxs qismində “İnzibati xəta haqqında Protokol” tərtib olunub və inzibati məsuliyyətə cəlb ediliblər.